ABŞ Türkiyə qarşısında geri çəkildi: Silahlar toplanacaq

© REUTERS / Rodi SaidABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində
ABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon spesifik təhdidlərə son qoyulandan sonra YPG-dən ağır silahlarla zirehli texnikanı geri toplamaq niyyətində olduğunu bildirmişdi

BAKI, 1 dekabr — Sputnik. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Eric Pahon ölkəsinin Türkiyəni təhdid edə biləcək bütün silahları YPG-dən geri alacağını bildirib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Pahon ölkəsinin YPG-yə verdiyi ağır silahları və zirehli texnikanı geri alacağına dair verdiyi açıqlamada deyib ki, inventar və rəqəm barədə məlumat verməyə səlahiyyəti yoxdur: “Kateqoriya olaraq müttəfiqimiz Türkiyəni təhdid edə biləcək silahları geri alacağıq. Bunların inventarı türklərdə var”.

Qeyd edək ki, Pentaqon həftənin əvvəlində verdiyi açıqlamada spesifik təhdidlərə son qoyulandan sonra YPG-dən ağır silahlarla zirehli texnikanı geri toplamaq niyyətində olduğunu bildirmişdi.

ABŞ PYD/PKK-nı 2015-ci ilin əvvəldən vasitəli, cari ilin may ayından bəri isə birbaşa silahlandırmağı qərara almışdı.

Xəbər lenti
0