CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yumurta niyə bahalaşır?

Abunə olmaq
Son zamanlar kənd yumurtasının 1 ədədinin qiymətinin 25 qəpiyədək bahalaşması hallarına rast gəlinib

BAKI, 30 noyabr — Sputnik. Ölkədə quşçuluq broylerlərində yumurtanın qiyməti bahalaşmayıb. Amma mağazalarda yumurtanın qiyməti qalxıb.

Sputnik Azərbaycan xəbər verir ki, Trend-ə açıqlama verən Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev broyler fabriklərində yumurtanın qiyməti sabit olaraq qalır: "Broylerlərdə yumurtanın qiyməti 11 qəpikdir. Bu qiymət neçə vaxtdır ki, dəyişməz qalıb. Biz yemi xaricdən dollarla alsaq da, qiymət artımı etmirik. Yumurtanın qiymətini mağazalar, sakibkarlar özləri bahalaşdırır. Bunun bizə aidiyyəti yoxdur. Bizdə normal yumurta 11, bir az böyük olan yumurtalar isə 12 qəpikdir".

A.Vəliyev qeyd edib ki, kənd yumurtasının qiyməti isə 16 qəpikdən baha deyil: "Marketlərdə baha olan qiymətlərə biz müdaxilə edə bilmirik. Bizdə əksinə, toyuğun qiymətində 10 qəpik ucuzlaşma olub".

Qeyd edək ki, son zamanlar kənd yumurtasının 1 ədədinin qiymətinin 25 qəpiyədək bahalaşması hallarına rast gəlinib.

Xəbər lenti
0