BAKI, 30 noyabr — Sputnik. Böyük Britaniyanın məşhur dövlət xadimi, ölkənin sabiq baş naziri, Nobel mükafatı laureatı Uinston Çörçil 1874-cü il noyabrın 30-da anadan olub (1874-1965).
Marlboro hersoqları nəslindən olan U.Çörçil müxtəlif illərdə bir sıra nazirliklərə rəhbərlik edib. Hərbi nazir vəzifəsində olarkən geniş miqyasda tank istehsalı ilə bağlı proqramı həyata keçirdiyi üçün “Tankların atası” ləqəbini qazanıb.
İkinci Dünya müharibəsi illərində Böyük Britaniyanın Baş naziri kimi faşizmə qarşı mübarizədə qətiyyətli mövqe tutub.
U.Çörçil BMT-nin ideya müəllifi hesab olunur.