CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda quşların, heyvanların "dilini bilən" qeyri-adi adam yaşayır

Abunə olmaq
Arif Ramazanov: "Saatlarla quşların, böcəklərin və həşəratların səslərinə qulaq asırdım"

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda qeyri-adi bacarığa malik olan müxtəlif insanlar var. Belə insanlardan biri də Qusar rayon sakini Arif Ramazanovdur.

Arif Ramazanov 1963-cü ildə Həzrə kəndində anadan olub. Onun qeyri-adi istedadı isə ağzı ilə quşların və həşəratların səslərini çıxarmasıdır.

© Sputnik / Leyla AbdullayevaArif Ramazanov
Arif Ramazanov - Sputnik Azərbaycan
Arif Ramazanov

Bacarığı barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Arif Ramazanov bildirir ki, bunu uşaq yaşlarından özündə inkişaf etdirib: "Uşaqlıqdan təbiətə vurğun olmuşam. Saatlarla quşların, böcəklərin və həşəratların səslərinə qulaq asırdım. Sonradan onların səslərini ağzımla çıxarmağa başladım. Artıq bu istedad mənim üçün ən sevimli hobbidir".

İndi kənd uşaqları onun başına yığışıb, bu səsləri çıxarmağı xahiş edirlər. Qohumları və kənd camaatı da bir yerə toplaşan zaman ondan bu səsləri çıxarmağı istəyirlər.

Arif Ramazanov deyir ki, əvvəllər çıxartdığı səsləri daha yaxşı olurmuş. İndi isə bir az yadırğadığını söyləyir və bunu qocalığın əlaməti olaraq göstərir.

Maraqlı məqam odur ki, bu qabiliyyət Arif kişidə təsadüfən yaranmayıb. Onun atası musiqi ilə məşğul olub. Arif Ramazanov da gözəl musiqiçidir. O, həm qarmonda, həm gitarada, həmdə qoşa nağarada məharətlə ifa edir.

© Sputnik / Leyla AbdullayevaArif Ramazanov: Uşaqlıqdan təbiətə vurğun olmuşam.
Arif Ramazanov: Uşaqlıqdan təbiətə vurğun olmuşam.  - Sputnik Azərbaycan
Arif Ramazanov: Uşaqlıqdan təbiətə vurğun olmuşam.

Yaşadığı Həzrə kəndində və ətraf kəndlərdə keçirilən toyların əksəriyyətində musiqiçi kimi iştirak edir. İrsən keçən musiqi həvəsi isə onda quşları, həşəratları yamsılama kimi nadir qabiliyyətə gətirib çıxarıb.

Xəbər lenti
0