BAKI, 30 noyabr — Sputnik. İntihar edən polkovnikin əmlakı müsadirə edilib.
Sputnik Azərbaycan qafqazinfo-ya istinadla xəbər verir ki, MTN-nin Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyevin müavini olmuş və həbs edildikdən sonra təcridxanada intihar edən polkovnik İlqar Əliyevlə bağlı qərar verilib. Belə ki, E.Quliyevə hökm oxunan zaman İ.Əliyevin üzərinə həbs qoyulmuş əmlakının müsadirə edilməsinə qərar verilib.
İ.Əliyev 2015-ci il dekabrın 20-də saxlanıldığı istintaq təcridxanasında intihar edib.