Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkə ərazisində qorxulu virus dolaşır: Qətiyyən antibiotik qəbul etməyin!

CC0 / jarmoluk / DrugsDərman həbləri, arxiv şəkli
Dərman həbləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həkim: "Bu xəstəliyin ən ağır fəsadı ölümlə nəticələnə bilməsidir"

BAKI, 30 noyabr — Sputnik. Havalar soyuyan kimi qripə yoluxanların sayı da artır. Hərarət, öskürək, burun tutulması günlərlə, hətta aylarla sağalmır. Əhali qrip virusundan əziyyət çəksə də, bəzən müalicə də kömək etmir.

© MeydanTVSəhiyyə eksperti Adil Qeybulla
Səhiyyə eksperti Adil Qeybulla - Sputnik Azərbaycan
Səhiyyə eksperti Adil Qeybulla

Sputnik Azərbaycan səhiyyə işçilərindən qrip xəstəliyinin səbəbləri və niyə gec sağalmasını soruşub. Həkim Adil Qeybulla bildirib ki, insanlar tənəffüs yollarında baş verən istənilən iltihabi prosesi qrip adlandırırlar.

"Bu, qripəbənzər əlamətlərdir, amma qrip deyil. Həmin xəstəlik yuxarı tənəffüs yollarının kəskin respirator xəstəlikləri adlanmalıdır. Qrip isə karantin infeksiyadır. Qrip virusu yayılanda Ümumdünya Səhiyyə Təşkilatı bununla bağlı həyəcan təbili çalır. Sadəcə indi yayılan yuxarı tənəffüs yollarında kəskin respirator qripəbənzər xarakterlərə malik olduğu üçün insanların əksəriyyəti qrip kimi qəbul edir" — həkim bildirib.

A. Qeybullanın sözlərinə görə, yuxarı tənəffüs yollarında normada parazitlik edən çox sayda virus var: "Bunlar venaviruslar, paraviruslar və bu kimi viruslardır. Bu viruslar bədən immuniteti aşağı düşəndə, soyuqdəymə baş verəndə fəallaşır. Bu virusların məhv olması və orqanizmin xəstəlikdən bərpası xeyli zaman alır".

"Bu xəstəliklər zamanı bədənin müqaviməti də aşağı olur və digər insanlara da keçmə halları olur. Ona görə də hamı bu virusları qrip kimi tanıyır. İnsanlar zamanında bu xəstəliyə qarşı düzgün mübarizə aparmasalar, daha kəskin hallara gətirib çıxara bilər. Fəsadlar udlaq arxası apset, pnevmoniya, meningit kimi xəstəliklər törədə bilər" – deyə ekspert əlavə edib.

Həkim iddia edir ki, rəsmi statistika bunu gizlətsə də, keçən il yüksək hərarət və qripəbənzər əlamətlərlə xəstələnən bir neçə nəfər ölüb: "Deməli, bu xəstəliyin ən ağır fəsadı ölümlə nəticələnə bilməsidir".

© Sputnik / Xalid MemmedovTibbi ekspert Rasif Bağırov
Tibbi ekspert Rasif Bağırov - Sputnik Azərbaycan
Tibbi ekspert Rasif Bağırov

Həmsöhbətimiz bildirib ki, yayılan xəstəlik ciddiyə alınmalıdır, virusa tutulan şəxs xəstəlikdən qorunmaq üçün çoxlu maye qəbul etməlidir, vitamin B, C qəbul edilməlidir: "Yataq rejimində olmalıdırlar və mütləq həkimlərin nəzarəti ilə dərman qəbul edilməlidir".

"Əhali adətən həkim məsləhəti olmadan antibiotik qəbul edir, bu da sonradan daha böyük fəsadlara gətirib çıxarır. Qəti şəkildə antibiotik qəbul edilməməlidir. Bu daha da böyük fəsadlara gətirib çıxara bilər" — tibbi ekspert xəbərdarlıq edib.

Həkim Rasif Bağırovun sözlərinə görə isə, qrip virusu dəyişkən formaya malik olduğu üçün ona qarşı konkret peyvənd hazırlamaq mümkün olmur: "Ona görə də, yalnız müalicə etməklə bu xəstəliyin qarşısını almağa çalışırlar. Həmin dərmanlar müəyyən qədər kömək etsə də, tam kömək edə bilmir".

"Onu da unutmayaq ki, hər bir orqanizm fərqlidir və fərqli mübarizə apara bilir. Orqanizm var ki, qrip virusu onda tez məhv olur, orqanizm də var, zəifdir, virus daha gec ölür. Amma qrip bədəndə ən çox 3-10 gün arası qala bilir. Sadəcə qrip virusu ikinci infeksiyanı yaradır və özü məhv olur" — Bağırov vurğulayıb.

"Yuxarı tənəffüs orqanlarında və digər yerlərdə fəaliyyətini saxlamış infeksiyalar da qrip virusu zamanı bədənin zəifləməsi nəticəsində münbit şərait olduğu üçün inkişaf edir. Bir sözlə, çalışmaq lazımdır ki, qrip virusuna tutulmayasan" — o, əlavə edib.

Xəbər lenti
0