Ərdoğan Rza Zərrabın məhkəməsi barədə ilk dəfə danışdı

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan əsilli İran və Türkiyə vətəndaşı Rza Zərrab dünən keçirilən məhkəmədə İrana qarşı embarqonu qırmaq üçün Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Çağlayana 45-50 milyon avro rüşvət verdiyini söyləyib

BAKI, 30 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Nyu-Yorkda davam edən Rza Zərrab məhkəməsi barədə ilk dəfə açıqlama verib. Sputnik Azərbaycan "Hurriyet"-ə istinadən xəbər verir ki, o, İrana qarşı beynəlxalq sanksiyaları başından etibarən qoşulmadıqlarını xatırladaraq deyib:

"Deyirlər ki, biz Amerikanın İrana qarşı sanksiyalarını pozmuşuq. Biz o sanksiyalara nə vaxt qoşulduq ki, hələ bir pozaq da. Dünya təkcə ABŞ-dan ibarət deyil. Bizim İranla ticari və enerji əlaqələrimiz var. Nyu-York məhkəməsindən nə qərar çıxırsa çıxsın ölkəmizi maraqlandırmır" — prezident vurğulayıb.

Qeyd edək ki, Azərbaycan əsilli İran və Türkiyə vətəndaşı Rza Zərrab dünən keçirilən məhkəmədə İrana qarşı embarqonu qırmaq üçün Türkiyənin keçmiş iqtisadiyyat naziri Zafer Çağlayana 45-50 milyon avro rüşvət verdiyini söyləyib.

Xəbər lenti
0