Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Görməni yaxşılaşdıran ən sadə üsul

CC0 / PublicDomainPictures / eyesİnsan gözü, arxiv şəkli
İnsan gözü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Palminq həm görməni qoruyur, həm də sinir sisteminin vəziyyətinə müsbət təsir edir

BAKI, 30 noyabr — Sputnik. Alimlərin fikrinə görə, görmə problemlərinin əsas səbəblərindən biri görmə aparatının həddindən artıq yüklənməsidir.

Müasir insanların gözləri olduqca çox yüklənir ki, bu da bütün dünyada ildən ilə görmə problemlərinin artmasına gətirib çıxardır.

Keçmiş əsrin əvvəllərində amerikalı həkim-oftalmoloq Uilyam Beyts gözlərin dincəlməsi və gərginliyin azaldılması üçün çox sadə üsul təqdim edib.

Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, bu sadə və effektli metodikanın əsasında qədim Şərq müalicə metodları, yoqların meditasiya üsulları durur.

Bütün dünyada bu metod "palminq" kimi tanınır.

Bunun üçün masa arxasında oturub dirsəkləri masaya qoymaq və gözləri ovucları ilə bağlamaq lazımdır (şəkildə göstərildiyi kimi).

Belinin düz olmalıdır. Məşqi etdikdən əvvəl əllərinizi bir birinə sürtün ki, əllər bir qədər qızsın. Gözlərinizi yumun və bu vəziyyətdə ən azı 5 dəqiqə oturun. Əlləriniz tam sərbəst olmalıdır, gözlərinizi sıxmayın.

Bu məşqi gündə 3-5 dəfə edin. Palminq həm görməni qoruyur, həm də sinir sisteminin vəziyyətinə müsbət təsir edir — sakitləşdirir, stressi və baş ağrıları azaldır.

Xəbər lenti
0