BAKI, 30 noyabr — Sputnik. Binəqədi şossesində hərəkət hissə-hissə məhdudlaşdırılır. Bu barədə Sputnik Azərbaycan-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq dekabrın birinə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəsəbəsindən "Dörd yol" deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq: "Sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni 1-3 dekabr tarixlərində baş tutacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq".
Sürücülərdən aparılan işlərə analayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş olunur.