BAKI, 30 noyabr — Sputnik. "Azercell" şirkəti öz abonentlərinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın bəzi şimal bölgələrində və Abşeron yarımadasının şimal hissəsinin bəzi ərazilərində telekommunikasiya şəbəkəsinin fəaliyyətini təmin edən qurğularda baş vermiş hal ilə əlaqədar, bəzi abunəçilərin 3G şəbəkəsində istifadə zamanı zənglər həyata keçirərkən müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.
Şirkət bu səbəbdən yaranacaq narahatlığa görə təəssüf edir. Çətinliklə qarşılaşdıqda ya "Azercell"in mobil internet xidmətindən istifadə edilməsi, ya da telefon cihazında şəbəkə seçimini qeyri-avtomatik rejimdə sazlayaraq səsli zəng xidməti üçün 2G şəbəkəsinin seçilməsi tövsiyə olunur.
Şirkət bəyan edir ki, yaranmış halın aradan qaldırılması üçün təcili tədbir görülür: "Qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin ediləcək, bu barədə şirkət tərəfindən əlavə məlumat veriləcək".