BAKI, 29 noyabr — Sputnik. Moskvada taksi sürücüsü kişi cinsindən olan sərnişinini zorlayıb.
Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, hadisə baş verəndən sonra zərərçəkmiş polisə müraciət edib.
O, qeyd edib ki, saat 05:00 radələrində "Propaqanda" gecə klubu yaxınlığında Honda Accord markalı taksiyə oturub. O, taksi sürücüsünə bildirib ki, Entuziastlar şossesinə getməlidir.
Sürücünün özəl daşıma xidməti göstərdiyi məlum olub. Zərərçəkmiş taksini küçədə tutub, taksi xidmətindən çağırmayıb.
Zərərçəkmişin sözlərinə görə, yolda sürücü sərnişini qorxutmağa və ona intim təklif etməyə başlayıb. Taksi sürücüsü maşını Simonovskiy Val küçəsindəki həyətlərdən birində saxlayıb və sərnişini zorlayıb.
Artıq zorlanma hadisəsinin Simonovskiy Val küçəsindəki 8 nömrəli evin həyətində baş verdiyi məlumdur.
İstintaq Komitəsi faktla bağlı araşdırmaya başlayıb. İstintaq başa çatdıqdan sonra yekun qərar veriləcək.
Jurnalistlərə məlum olub ki, "Propaqanda" gecə klubuna tez-tez qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələri toplaşır.
Baş verən hadisəni şərh edən zərərçəkmiş deyib: "Sürücü fiziki cəhətdən məndən güclü idi, ona görə əlindən qurtara bilmədim".