BAKI, 13 noyabr — Sputnik. 23 yaşlı Suriya qaçqını, Berlinin "Hitlertser park"ında ponini zorlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, cavan oğlanın heyvanla intim əlaqəsinə, zooparkı uşağı ilə birlikdə ziyarət edən bir qadın şahidlik edib.
O, zoofili mobil telefonunun kamerası ilə çəkmək fürsətini əldən verməyib. Poni ilə cinsi əlaqəyə girən təcavüzkar onu müşahidə edənin olduğunu görən kimi hadisə yerindən qaçıb.
Hazırda suriyalını 3 ilədək azadlıqdan məhrumetmə, eləcə də heyvanlarla qəddarcasına rəftar etməyə və ictimai asayişi pozmağa görə cərimələr gözləyir. Ona qarşı Almaniya qanunvericiliyinə görə zooparkda uşaqların gözü qabağında köməksiz heyvanı zorlamağa görə cinayət işi açılıb.