SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Obamanı İrana qarşı bu hərəkətə başqa ölkələr məcbur edib

© REUTERS / Max RossiГоссекретарь США Джон Керри.
Госсекретарь США Джон Керри. - Sputnik Azərbaycan
Abunə olmaq
Obama İranı bombalamağa məcbur edilib

BAKI, 29 noyabr — Sputnik. “İsrail və Misir o vaxt Obama hökumətini məcbur edirdi ki, İranı bombalasın". Sputnik Azərbaycan "Washington Post"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Con Kerri Vaşinqtonda keçirilən konfransda deyib.

"Bu iki ölkə 2015-ci ildə prezident Barak Obamanı İranı bombalamaq əmri verməyə məcbur edirdi. Onlar iddia edirdi ki, İran ancaq bu dili anlayır. İsrailin baş naziri Benyamin Netanyahu İranın bombalanması üçün ölkəmizi təxribata çəkirdi. Mən isə bunun tələ olduğunu düşünürdüm" — Kerri bildirib.

Keçmiş dövlət katibi İranın nüvə silahı əldə etmə perspektivinə də toxunub: "İranın 10-15 ilə nüvə silahı əldə edib-etməyəcəyini dəqiq bilmirəm. Lakin 2015-ci ildə imzalanan nüvə razılaşması ABŞ-ın əldə edə biləcəyi ən yaxşı anlaşmadır”.

Xatırladaq ki, 15 iyul 2015-ci ildə İranın nüvə proqramı ilə bağlı altılıq ölkələri (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Çin) və rəsmi Tehran arasında razılaşma sənədi imzalanıb. Sənədə əsasən, İrana tətbiq edilən iqtisadi sanksiyalar ləğv olunub. Öz növbəsində, İran nüvə proqramını dayandırıb.

Xəbər lenti
0