Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kreditlərə zəmanət verən qurum yaradıldı

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев
Президент Азербайджана Ильхам Алиев - Sputnik Azərbaycan
Abunə olmaq
“Kredit Zəmanət Fondu” ASC-nin Nizamnaməsi və strukturu təsdiq olunub

BAKI, 29 noyabr — Sputnik. “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Nizamnaməsi və strukturu təsdiq olunub.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 29-da “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi, strukturu, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”, “ASC-də kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası” və “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası” təsdiq edilib. Fərmana görə, subsidiya sahibkarlar tərəfindən 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək banklardan manatla alınan kreditlərə hesablanmış faizlərə görə veriləcək.

Nazirlər Kabinetinə “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalının formalaşdırılmasının bir ay müddətində təmin edilməsi tapşırılıb.

Xəbər lenti
0