BAKI, 29 noyabr — Sputnik. Vaxtilə İtaliyanın "Milan" klubunda top qovan, futbol karyerasını bitirdikdən sonra ölkəsi Gürcüstanda siyasətə qoşulan, bu yaxınlarda Tbilisi şəhər meri seçilən Kaxa Kaladze azərbaycanlıları sevindirən xəbər verib. Sputnik Azərbaycan bu barədə Gürcüstan mətbuatına istinadən məlumat verir.
"Paytaxt Tbilisidə azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində 33 ailənin torpaq sahəsi sənədləşdiriləcək" — Kaladze bildirib.
O, şəhər rəhbərliyinin toplantısında deyib ki, azərbaycanlı ailələrin yaşadığı sahələr bu günə qədər sənədləşdirilməyib.
“Həmin ailələri təbrik edirəm. Mövcud problemdən əziyyət çəkən hər kəs bizdən razı qalacaq” — mer qeyd edib.