BAKI, 29 noyabr — Sputnik. Bakının Zığ yolu şosesində baş vermiş zəncirvari qəzada 5 avtomobilə ziyan dəyib.
Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, ilk növbədə qəzanın baş verməsi adi görünsə də, dərindən incələdikdə məlum olur ki, əslində, hər iki sürücü səhvə yol verib. Birincisi, "Mercedes" sol zolaqla hərəkət etdiyi halda qəflədən sağ zolağa hərəkət edir və görüntülərdən də aydın olur ki, maşın sanki öz-özünə gedir, yəni sürücü ya yuxulayıb, ya da idarəetməni itirib.
İkinci məqam isə odur ki, "Mercedes"in vurduğu qara avtomobil ikinci zolaqda dayanıb. Lakin situasiya göstərir ki, həmin avtomobil olmasaydı belə "Mercedes" yol kənarında dayanan maşınlardan biriylə mütləq toqquşacaydı. Belə isə bir maşınla toqquşsa da, qəzada 5 avtomobilə ziyan dəyir. Hiss olunur ki, zərbə güclü olub.