CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səyyar ASAN-ın marşrutu bəlli oldu

© Photo : TRENDSəyyar ASAN xidmət. Arxiv şəkli
Səyyar ASAN xidmət. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsinə baxılacaq

BAKI, 28 noyabr — Sputnik. Səyyar ASAN xidmət 28 noyabr – 12 dekabr tarixində Qobustan qəsəbəsində, 29 noyabr – 28 dekabr tarixində Astara, Şəki şəhərlərində və Ağcabədi rayonunun Hindarx qəsəbəsində səyyar formada vətəndaşlara xidmət göstərəcək.

ASAN xidmətdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bundan başqa səyyar avtobuslar 30 oktyabr – 28 noyabr Salyan şəhərində, 10 noyabr – 9 dekabr Şəmkir şəhərində, 15 noyabr – 4 dekabr Neftçala şəhərində, 16 noyabr – 5 dekabr Pirəkəşkül qəsəbəsində vətəndaşların xidmətində olacaq.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Xəbər lenti
0