Bakı-Sumqayıt yolunun yolçularının işi asanlaşacaq

© Sputnik / Murad OrujovBakı-Sumqayıt şossesində sıxlıq yaranıb
Bakı-Sumqayıt şossesində sıxlıq yaranıb - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin qatarlar birləşdirilmiş halda, ikiqruplu qatar kimi hərəkət edəcək

BAKI, 28 noyabr — Sputnik. Bakı-Sumqayıt-Bakı istiqamətində sərnişin sıxlığının tənzimlənməsi məqsədilə dekabrın 1-nə qədər Bakıdan saat 18:30-da yola düşən 6013 nömrəli, Sumqayıtdan isə saat 07:45-də yola düşən 6006 nömrəli elektrik qatarlarına əlavə heyət qoşulacaq.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, bununla da həmin qatarlar birləşdirilmiş halda, ikiqruplu qatar kimi hərəkət edəcək.

Xəbər lenti
0