CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dekabrın 1-dək əhvalımız yerində olacaq

© Sputnik / Murad OrujovГорожане на одной из центральных улиц Баку
Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Nazirlik gözlənilən hava proznozunu açıqladı

BAKI, 28 noyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında noyabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam isə yağış yağacağı gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, səhər bəzi yerlərdə çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Жители столицы на Приморском бульваре в Баку - Sputnik Azərbaycan
Vətəndaşlar üçün hava proqnozu

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 9-13, Bakıda gecə 3-5, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 29-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə: Noyabrın 29-dan dekabrın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Xəbər lenti
0