BMT: Myanmadan 624 min Rohinca müsəlmanı qaçıb

© REUTERS / Soe Zeya TunMaunqdauda şəhərindəki qırğından qaçıb Bunidaunq şəhərinə sığınmış etnik arakanlar, Myanma, 28 avqust 2017-ci il
Maunqdauda şəhərindəki qırğından qaçıb Bunidaunq şəhərinə sığınmış etnik arakanlar, Myanma, 28 avqust 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Son dövrlərdə gündə orta hesabla 430 qaçqın Myanmadan Banqladeş ərazisinə keçir

BAKI, 28 noyabr — Sputnik. Son üç ay ərzində Myanmadan Banqladeşə 620 mindən çox Rohinca müsəlmanı qaçıb.

APA-nın xəbərinə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“Avqustun 25-dən etibarən Banqladeşə gələn Rohinca müsəlmanlarının sayı 624 minə çatıb” — deyə S.Düjarrik bildirib. Onun sözlərinə görə, son dövrlərdə gündə orta hesabla 430 qaçqın Myanmadan Banqladeş ərazisinə keçir.

Avqustun sonunda “Arakan Rohinca Qurtuluş Ordusu” qruplaşması ilə Myanma hökumət qüvvələri arasında baş verən toqquşmaların hərbi münaqişəyə çevrilməsi yüzlərlə dinc əhalinin qətlinə səbəb olub, minlərlə müsəlman-rohincanı ölkəni tərk etməyə məcbur edib. 

Xəbər lenti
0