BAKI, 28 noyabr — Sputnik. Myanmanın hökumət başçısı, ölkənin faktiki lideri San Su Çji "Azad Oksford Şəhəri" (Freedom of the City of Oxford) mükafatından məhrum edilib. Sputnik xəbər verir ki, buna səbəb xanım liderin Myanmada Rohinca müsəlmanlarına qarşı zorakılığa son qoymağa qadir olmamasıdır.
Mükafatın münsiflər heyətinin qənaətinə görə, zorakılığa göz yuman şəxs xüsusi ehtirama layiq deyil.
Qeyd edək ki, özü də Oksford Universitetinin məzunu olan San Su Çji 20 il əvvəl "Uzunmüddətli azadlıq mübarizəsinə" görə bu mükafata layiq görülüb.