BAKI, 28 noyabr — Sputnik. Millət vəkili Adil Əliyev bu gün Sankt-Peterburq şəhərində, MDB dövlətləri Parlamentlərarası Asambleyasının, Təhlükəsizlik və Müdafiə Daimi Komissiyasının sədr müavini seçilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu haqda Adil Əliyev özünün "Facebook" səhifəsində məlumat verib. Millət vəkili ona dəstək olan Milli Məclisin sədri Oktay Əsadova və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyevə öz təşəkkürünü bildirib.