CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan vətəndaşlarını qul kimi işlədənlər cavab verəcəklər

© Sputnik / Murad OrujovБакинский Суд по Тяжким Преступлениям
Бакинский Суд по Тяжким Преступлениям - Sputnik Azərbaycan
Abunə olmaq
T.Rzayev və onun qardaşı oğlu V.Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər

BAKI, 28 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il ərzində milliyyətcə rusəsilli Azərbaycan vətəndaşlarını məcburi əməklə istismar etməkdə və insan alverində təqsirləndirilən Tofiq Rzayev və onun qardaşı oğlu Vüqar Rzayevin cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin və zərərçəkənlərin anket məlumatları dəqiqləşdirilib

Anket məlumatlar dəqiqləşdirilən zaman məlum olub ki, zərərçəkmişlərdən biri Aleksandr Kolesnikov psixi xəstədir və məhkəmədə iştirak edə bilmir. Onun hüquqlarını Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elçin Quliyev müdafiə edəcək.

Digər zərərçəkmiş İqor Kolesnikov isə məhkəmədə iştirak edib. Onun hazırda insan alveri qurbanları ilə bağlı olan düşərgədə yaşadığı qeyd edilib.

Daha sonra zərərçəkmişin vəkili iclasın qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası dekabrın 5-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən T.Rzayev və onun qardaşı oğlu V.Rzayev 2000-ci ildən bəri zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək Abşeron rayonunda yerləşən donuz kökəltmə fermasında məcburi şəkildə işlədiblər. Daha sonra hər iki şəxs İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hər iki şəxs barəsində polis nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 144-2-ci (insan alveri və istismarı, məcburi əmək) maddəsi ilə ittiham olunur.

Xəbər lenti
0