Qurban Fərziyevi tapmaq çətin deyil. O, hazırda rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərinin birində çalışır. Gördüyü iş adamı heyran edir. Qurban Fərziyev Lerikdən savayı, qonşu Masallı və Lənkərandan da sifarişləri olduğunu vurğulayır. Bu rayonlarda şəxsi həyətlərdə kiçik fəvvarələr yığıb. Amma cənub bölgəsindən kənara çıxmayıb, sifarişi olmayıb.
Qeyd edək ki, usta Qurban bütün işləri təkbaşına görür və hələ ki, şagirdi yoxdur.