BAKI, 28 noyabr — Sputnik. Çində korrupsiyada şübhəli hesab edilən general –polkovnik özünü asıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Çin MərkəziHərbi sovetinin üzvü general-polkovnik Çanq Yanq pekindəki evində asılmış vəziyyətdə tapılıb.
Qeyd edək ki, Çang Yangın korrupsiya iddiası Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş üzvü və Mərkəzi Seçki Komissiyasının sədr müavini Guo Bosyonqun işi ilə bağlıdır. İddialara görə Çanq Yanq bir neçə hərbçidən pul alaraq onların rütbə almasına kömək edib.
Xatırladaq ki, Çin məhkəməsi Guo Bosyonqu ömür boyu həbs cəzasına məhkum edib. Qeyd edək ki, son beş ildə Çində korrupsiya üçün 125 min məmur cəzalandırılıb. Ölkədə kadrlarla əlaqədar 1,25 milyon yoxlama və araşdırma aparılıb.