CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tətbiq olunacaq yeni cəzanın zərurət və təfərrüatı

© Sputnik / Murad OrujovНаручники и пачки денег на столе, фото из архива
Наручники и пачки денег на столе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu hallarla Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri yaxınlığında mübarizə aparmaq lazım gəlir"

BAKI, 28 noyabr — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə Azərbaycanda əkin sahələrinin yandırılmasına görə cəzaların müəyyənləşdirilməsinə dair qanun layihəsi təqdim olunub. Odur ki, İnzibati Xətalar Məcəlləsinə yeni maddə — 244-1 (Əkin yerlərinin yandırılması) əlavə ediləcək.

Yun - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Fermerin məhsulu əlində qalıb - alıcı yoxdur

Maddədə qeyd olunur ki, əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər 400 manatdan 600 manata qədər, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manata qədər, hüquqi şəxslər isə 5 000 manatdan 6 000 manata qədər cərimələnəcəklər.

Sənəd bu gün Milli Məclisin Aqrar Siyasət Komitəsinin iclasında müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə olunub. Layihə Milli Məclisdə qəbul olunacağı təqdirdə 2018-ci ilin fevralın 1-dən qüvvəyə minəcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev Sputnik Azərbaycan-a əkin sahələrinin yandırılmasını şərh edərkən bildirib ki, bu qəbildən olan yanğın halları ilə mütəmadi olaraq rastlaşırlar. Xudiyevin sözlərinə görə, öz xidməti vəzifəsini yerinə yetirdiyi dövrdə bu cür insidentlərlə hər il taxıl yığımı zamanı üzləşiblər.

"Bunu isə fermerlər özləri edir. Onlar məhsulu yığan kimi dərhal əkin sahələrini yandırırlar ki, növbəti məhsulun əkininə hazırlaşsınlar. Onlar əkin yerlərini ona görə yandırırlar ki, məhsul yığımından sonra qalan qalıqları təmizləsinlər. Və təbii olaraq yanğın digər ərazilərə də keçir" — deyə Xudiyev bildirib.

"Bu yanğın nəticəsində isə təkcə flora və faunaya deyil, eləcə də hələ məhsulunu yığıb qurtarmamış digər fermerlər də zərər çəkir. Çox tez-tez ətrafdakı tikililər, meşə zolaqları, işıq dirəkləri, elektrik naqilləri məhv edilir" — müsahibimiz diqqətə çatdırıb.

Rəis müavininin sözlərinə görə, əkin sahələrinin yandırılması hallarına ölkənin bütün regionlarında rast gəlinir. Bu proses məhsulun nisbətən tez yetişdiyi cənub ərazilərindən başlayaraq tədricən şimal istiqamətinə yönəlir.

© Sputnik / Irade JELILDövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev - Sputnik Azərbaycan
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Rza Xudiyev

O bildirib ki, yanğınlar adətən Beyləqan və Cəlilabad rayonlarında başlayır: "Eyni zamanda bu qəbildən olan yanğınla daim cəbhə bölgəsində, Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri yaxınlığında mübarizə aparmaq lazım gəlir. Bununla əlaqədar olaraq yanğınsöndürənlər hər il, xüsusilə yay aylarında gücləndirilmiş iş rejiminə keçirlər".

"Biz gücləndirilmiş rejimdə xidmət göstəririk. Həmin ərazilərə əlavə texnika göndəririk. Orada maşınlarda şəxsi heyət növbə gözləyir. Məhsul yığımının sonuna yaxın bizim maşınlar həmişə həmin ərazilərdə olurlar" — deyə Xudiyev bildirib.

Rəis müavini əlavə edib ki, taxıl yığımı başa çatandan sonra da onların işi azalmır: "Bu dəfə də pambıq yığımı başlayır. Xoşbəxtlikdən hələ ki, pambıq tarlalarının yanması barədə insidentlə üzləşməyiblər".

Xəbər lenti
0