CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı yeni yaşayış binalarının sayğacları niyə yanır?

© Sputnik / Murad OrujovElektrik sayğacları, arxiv şəkli
Elektrik sayğacları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda yeni tikililərdə yaşayan insanların sağlamlığına və həyatına təhlükə var

BAKI, 28 noyabr — Sputnik. Xəbər verildiyi kimi Bakının Xətai rayonunda noyabrın 26-dan 27-nə keçən gecə elektrik sayğacları ucbatından növbəti yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Məlumata görə, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində 12 ədəd elektrik sayğacı, 12 ədəd elektrik açarı və 5 p.m kabel yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstüdən zəhərlənmiş 2 nəfər xilas edilib və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yağından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Bununla yanaşı qeyd etmək lazımdır ki, bu, Bakı və Bakıətrafında elektrik sayğaclarının yanması ilə bağlı baş verən ilk insident deyil. Bununla əlaqədar ötən ilik dekabrında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hətta bildirmişdi ki, evlərə quraşdırılan elektrik sayğacları standartlara tamamilə cavab verir və onların xarab olması istisnadır. 

Goranboy rayonunda Qarabağ əlilləri və şəhid ailələrinin yaşadığı bina - Sputnik Azərbaycan
FOTO
On il öncə tikilib təhvil verilən bina sakinlərin başına uçur

Onun sözlərinə görə, yeni sayğaclar ən yüksək gərginliyə belə davam gətirirlər. Lakin bu, heç də o demək deyil ki, sakinlər bu ölçü cihazından sui-istifadə edərək eyni vaxtda bütün qızdırıcıları və məişət əşyalarını elektrik cərəyanına qoşmalıdırlar.

Mustafayev həmçinin əlavə edib ki, əgər yanğın binada baş veribsə, buna binanı tikən mənzil-tikinti kombinatı (MTK) cavabdehdir. "Azərişıq" məsələnin aydınlaşdırılmasına müdaxilə edə bilmir, çünki bu evlərə elektrik sayğaclarının quraşdırılmasına görə o, cavabdeh deyil.

https://ru.sputnik.az/tech/20161220/408150100/azerishyg-vozgoranie-schetchikov-vinovaty-zhiteli.html

Sputnik Azərbaycan Xətai rayonunda baş vermiş hadisə ilə bağlı növbəti dəfə Tanrıverdi Mustafayevə müraciət edib. O, qeyd edib ki, adətən sayğacların yanması halı qaz xətlərinin olmadığı yeni tikililərdə baş verir. Bu binalarda sakinlər mənzillərini elektriklə qızdırırlar, həmçinin yeməyi elektrik sobasında bişirirlər və s. Ona görə də yüklənmə baş verir.

Eyni zamanda elektrik mütəxəssisi Məmməd Səfərov Sputnik Azərbaycan-a elektrik sayğaclarının yanmasının səbəini izah edib. Onun sözlərinə görə, adətən abonentlər evlərdə elektrik sobalarını, kondisionerləri quraşdırarkən avtomatları yüksək gücü olan sayğacla əvəz edirlər. Avtomat dəyişir, amma kabellər eyni qalır. 

İşıq dirəyi, arxiv şəkli - Sputnik Azərbaycan
Azərbaycanda tarix boyu elektrik enerjisi olmayan kəndə işıq çəkilib

"Kabeli daha çox paylayıcı şəbəkə ilə əvəz edərkən, bütün plombları götürmək və MTK ilə müqaviləni yenidən bağlamaq lazımdır. Çünki abonentin tələbatına uyğun olaraq yüklənmə artırsa, elektrik verilişinin həcmini də artırmaq lazım gəlir. Əks təqdirdə, yüklənmə artır və nəticədə xətalar, eləcə də yanğın baş verir. Adətən yaşayış binalarına sayğacları eyni bir rəfdə quraşdırırlar. Bircə kabelin yanması kifayətdir ki, o rəfdəki bütün sayğaclar alışsın. Rusiyada abonent əlavə müqavilə olmadan öz evinə hətta kondisioner belə quraşdıra bilməz" — deyə elektrik mütəxəssisi bildirib.

Onun sözlərinə görə, hələlik Azərbaycanda belə bir öhdəlik yoxdur, lakin insanların sağlamlığına və həyatına təhlükə var. Bu yaxınlarda "Azərişıq" kommersiya müəssisələrinin avtomat və elektrik sayğaclarını plomblamağa başladı ki, onları əvəz edə bilməsinlər. Bu yenilik hələlik fiziki şəxs olan abonentlərə qədər gəlib çıxmayıb.

Xəbər lenti
0