BAKI, 28 noyabr — Sputnik. Bakı İstintaq Təcridxanasının rəisi işdən çıxarılıb. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərov tutduğu vəzifədən azad olunub. Bu vəzifəyə 3 saylı istintaq təcridxanasının rəisi Elnur İsmayılov təyin edilib.
R. Səfərov isə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.