BAKI, 28 noyabr — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın qızı, həm də müşaviri olan İvanka Tramp, qadın sahibkarlığı zirvəsində iştirak eləmək üçün Hindistana gəlib.
Sputnik Azərbaycan bu barədə NBC-yə istinadən xəbər verir. Heydərabad şəhərində 3 gün davam edəcək zirvəyə hazırlıq həftələr öncədən başlayıb. Polis İvanka Trampın rahatlığını təmin eləmək üçün şəhərdəki bütün küçə avaralarını, dilənçiləri avtobuslara yığaraq müvəqqəti kimsəsizlər evinə yerləşdirib. Amerikalı xanımın şərəfinə bütün binalar boyanıb, yolların asvaltı yenilənib, avtomobillərin hərəkəti dayandırılıb. Üstəlik tıxac olmaması üçün, şəhərin bütün məktəblərində təhsilə 3 gün ara verilib.
Hətta iş o yerə çatıb ki, polis küncdə-bucaqda gizlənən avara və dilənçilərin yerini deyənlərə 8 dollar mükafat da vəd edib.