Bu binanı görən bir də baxmaq istəyəcək

CC BY-SA 2.0 / Jérémy Binard / StackSinqapurda "Interlace" adlı yaşayış kompleksi
Sinqapurda Interlace adlı yaşayış kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
Sinqapurda "Interlace" adlı yaşayış kompleksi olduqca maraqlı arxitekturası ilə hər kəsin diqqətini cəlb edir

BAKI, 28 noyabr — Sputnik. Sinqapurda "Interlace" adlı yaşayış kompleksi olduqca maraqlı arxitekturası ilə hər kəsin diqqətini cəlb edir.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Sinqapurun cənub-qərbində yerləşən bu yaşayış kompleksinin sahəsi 8 hektardır və burada 1040 mənzil mövcuddur.

Hər biri 6 mərtəbəli ümumilikdə 31 mənzil bloku bir-birinin üstünə qoyularaq inşa edilib. Bir-birinə bağlı yaşayış sahələri təbii mühit ilə inteqrasiya olub. Binalar bir kənd əmələ gətirəcək şəkildə qurulub.

Bu yaşayış kompleksinin göz alıcı memarlığı ilə yanaşı, buranın 112 faizi yaşıl sahələr təşkil edir.

Xəbər lenti
0