CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər 10 dəqiqədə 1 uşaq ölən məmləkət

© AP Photo / Hani MohammedSəudiyyə Ərəbistanında yerləşən Müdafiə Nazirliyi kompleksi yaxınlığında baş verən hava hücumundan sonra bir yerə toplaşan insanlar
Səudiyyə Ərəbistanında yerləşən Müdafiə Nazirliyi kompleksi yaxınlığında baş verən hava hücumundan sonra bir yerə toplaşan insanlar - Sputnik Azərbaycan
Abunə olmaq
Gert Kapilar Yəməndə müharibənin davam etməsinə baxmayaraq, təmsil etdiyi qurumun bu ölkəyə humanitar yardıma davam edəcəyini söyləyib

BAKI, 27 noyabr — Sputnik. Yəməndə hər 10 dəqiqədə 1 uşaq dünyasını dəyişir. Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Gert Kapilar məlumat verib.

"Yəməndə hər 10 dəqiqədə 1 uşaq müalicəsi mümkün olan xəstəliklərdən ölür. Təəssüf ki, bu ölkə uşaqlar üçün yaşanılacaq ən pis yerdir. Əgər geridə qalan 11 milyon uşaq tibbi yardım almasa, fəlakətin səviyyəsi daha da arta bilər" — direktor qeyd edib.

UNİCEF rəsmisi deyib ki, Yəməndə 2 milyona yaxın uşaq yetərli ölçüdə bəslənmir.

Gert Kapilar Yəməndə müharibənin davam etməsinə baxmayaraq, təmsil etdiyi qurumun bu ölkəyə humanitar yardıma davam edəcəyini söyləyib.

Xəbər lenti
0