Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycanlılar məndə çox böyük təəssürat oyatdılar"

Abunə olmaq
Rusiya Jurnalistlər İttifaqının yeni rəhbəri Bakıya gəlməyi çox istəyir

BAKI, 27 noyabr — Sputnik. Televiziya prodüseri və sənədli filmlər rejissoru Vladimir Solovyov Rusiya Jurnalistlər İttifaqının yeni sədri seçilib. Hazırda post-sovet məkanında jurnalistikanın vəziyyəti necədir və yeni postunda İttifaq sədri kimi ilk olaraq hansı addımları atacaq? Bu barədə Sputnik Azərbaycan-a Vladimir Solovyov özü danışıb.

— Bu vəzifədə, eləcə də MDB ölkələrinin jurnalistlər ittifaqları ilə əməkdaşlıq məsələsində sizin ilk addımlarınız nədən ibarət olacaq?

— Mən bu yaxınlarda Qazaxıstan, Tacikistan, Qırğızıstan və Belarusun Jurnalistlər İttifaqlarının rəhbərləri ilə eyni masa arxasına toplaşdığımız bir tədbirdə iştirak etdim. Prinsipcə biz hamımız nə vaxtsa jurnalistika fakültələrində oxumuşuq. Biz millətlərarası dil olan rus dilində çox gözəl ünsiyyət qururuq və hamı bir-birini əla başa düşür.

Bir zamanlar MDB ölkələrinin Jurnalist İttifaqları Assosiasiyası yaranmışdı. Bu orqanı yenidən dirçəltmək lazımdır. Biz tez-tez görüşməli, əlaqə saxlamalı, konfranslar təşkil etməli və MDB məkanından olan həmkarları dəvət etməliyik. Düşünürəm ki, mütləq bu əlaqələri bərpa edəcəyik. Çünki bizə bu əlaqələri itirməmək çox vacibdir və mütləq bu istiqamətdə fəaliyyətlərimiz olacaq. 

Bank əməliyyatı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
KİV nümayəndələrinə kredit verilməməlidir?

Yeni postda ilk addımlara gəlincə, ötən şənbə günü İttifaqın XII qurultayında mən bütüb proqramımı açıqladım. Qarşımızda duran əsas məsələ bizim peşənin statusunu dirçəltmək və əlbəttə ki, bizim regional nəşrlərə kömək etməkdir.

Qeyd etmək istəyirəm ki, qurultayın başlanmasından əvvəl biz gözəl bir xəbər aldıq. Rusiya Dövlət Duması regional medianın inkişafına ciddi məbləğdə pul, veteran jurnalistlərə yardım, həmçinin Jurnalistlər İttifaqının müxtəlif konfranslarının keçirilməsi üçün lazımi vəsaitlərin ayrılması üçün büdcəni üçüncü oxunuşda qəbul edib.

Dövlət tərəfindən bu cür subsidiyalar ilk dəfədir ki, ayrılır. Ümid edirəm ki, bu, bizim Jurnalistlər İttifaqının və regional mətbuatın inkişafına yardım edəcək.

Bütün bunlarla yanaşı, jurnalist sənətinin statusunun gücləndirlməsi, onun qanunvericilik bazasının möhkəmləndirilməsi üçün bir sıra qanunvericilik təşəbbüsləri həyata keçirilir. Misal üçün, tənqidi məqalələrə görə jurnalistləri akkreditə etməkdən imtina məmurlardan böyük cavabdehlik tələb edir. Mümkündür ki, hətta belə hallarda hansısa cərimələr tətbiq edilsin.

Həmçinin mənim birlikdə qaynar nöqtələrə getdiyim qələm və mikrofon həmkarlarımın da belə bir ideyası var ki, müntəzəm olaraq döyüş əməliyyatlarının keçirildiyi qaynar nöqtələrdə işləyən, öz peşə vəzifələrini yerinə yetirən jurnalistlərə hərbi əməliyyatlarda iştirak etmiş şəxslərə verilən statusdan verilsin. 

Политический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет - Sputnik Azərbaycan
Azər Həsrət: “Rusdilli media bizim üçün hər şeydən öndə gəlir”

Bundan başqa bir çox iqtisadi məsələlər var ki, biz onları tamamlamalıyıq. Mənim üzərimə dərhal böyük həcmdə öhdəliklər qoyulub. Ümid edirəm ki, yaxın vaxt ərzində mən hər şeyi yoluna qoya biləcəyəm. İttifaqın modernləşdirilməsi prosesini başlayaraq onu müasir relslərin üzərinə köçürəcəyəm.

— Hazırda siz post-sovet ölkələrinin jurnalistlərinin bugünkü səviyyəsini necə qiymətləndirirsiz?

— Bu barədə çox şey danışmaq olar. Bunun üçün böyük mütəxəssis olmaq və bütün post-sovet məkanında jurnalist işinin bütün miqyasını dərk etmək lazımdır. Hər bir dövlətin öz mətbuat orqanları, teleradio şirkətləri formalaşıb. Daha az və ya daha çox populyar olanları, daha çox və ya daha az uğurlu olanları var.

Rusiya və Ukraynanın, eləcə də müəyyən qədər də digər ölkələrin KİV-lərinin inkişafını bilirəm, həmçinin orada baş verənlər müəyyən qədər mənə məlumdur. Amma istənilən halda biz Sovet İttifaqının jurnalistikasından çıxmışıq və ümid edirəm ki, o ənənələrin çoxu qorunub saxlanılıb. Mənim fikrimcə, post-sovet məkanında jurnalistika kifayət qədər yüksək səviyyədə işini davam etdirir. Hesab edirəm ki, bu məkanda televiziya və radio bir sıra Qərb ölkələrinin teleradiosundan daha maraqlıdır.

— Rusiya Jurnalistlər İttifaqı bu gün Azərbaycan, Gürcüstan və Ermənistan jurnalistləri ilə hər hansı layihələr planlaşdırır? 

Государственный экзаменационный центр - Sputnik Azərbaycan
ELM
Jurnalistika fakültəsinə qəbul olacaq şəxslər məlum oldu

— Hal-hazırda müntəzəm əməkdaşlıq yoxdur. Müxtəlif layihələr və görüşlər həyata keçirilir. Bütün bu mövzuları inkişaf etdirmək lazımdır. Əlbəttə, İttifaqımız bu ölkələrin jurnalistləri ilə bütün planlar üzrə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bu yaxınlarda həyatımda ilk dəfə Bakıda oldum. Bu, məndə çox böyük təəssürat oyatdı. Heyrətamiz dərəcədə gözəl şəhər, heyrətamiz insanlar. Haradasa, Novruz ərəfəsində Bakıya getmək istəyirəm.

— Münaqişə şəraitində tez-tez qarşı-qarşıya duran tərəflər informasiyaları müxtəlif prizmalardan təqdim edirlər. Bu, nə dərəcədə düzgündür və sadə oxucu əsl həqiqəti necə müəyyən etməlidir?

— Mənim Balkanlarda kifayət qədər uzunmüddətli jurnalistika təcrübəm var. Yeddi il Birinci Kanalın Yuqoslaviyada xüsusi müxbiri olmuşam, eyni çətin şərtlər altında 10 il orada yaşamışam.

Hələ onda mən bu detala fikir verdim. Məsələn, elə həmin Bosniya-Herseqovinada üç tərəfin bir-biri ilə döyüşdüyü bir vaxtda bəzi şəhərlərdə hər üç tərəfin televiziyasını görmək olardı. Və hər bir hərbi toqquşma, yaxud atəşkəsin pozulması barədə tərəflər təbii olaraq öz versiyalarını irəli sürürdülər.

Hazırda informasiya sahəsində belə rəqabət Rusiya ilə Ukrayna mediası arasında baş verir. Hər kəs baş verənlərlə, misal üçün Donbasda olanlarla bağlı öz versiyasını irəli sürür. Eyni vəziyyət bildiyim qədər Azərbaycan və Ermənistan arasında baş verir.

Oxucular isə baş verənləri düzgün anlamaq üçün hamının mövqeyini öyrənməyə çalışmalıdır, həm müstəqil, həm də tərəfli mövqeləri. Bütün bunların nəticəsi olaraq hansısa şəxsi fikir yaranır. 

Рабочее место редактора, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
KİV-ə daha bir xoş xəbər

— Bu gün informasiya müharibəsi zərurətdirmi?

— İnformasiya müharibəsi hər zaman mövcud olub və həmişə də olacaq, müxtəlif dərəcədə güclənərək və ya zəifləyərək. Nə qədər ki, biz yaşayırıq, bu adi hal olacaq və onunla heç nə etmək olmaz. Və yaxşıdır ki, informasiya müharibəsi əsl, real müharibə deyil. İnformasiya müharibəsinin özü isə dəhşətli deyil. Biz bunun öhdəsindən gələcəyik.

— Siz Rusiya prezidenti Vladimir Putinin imzaladığı KİV-xarici agentliklər haqqında qanunu necə qiymətləndirirsiz?

— Təbii ki, Rusiya Jurnalistlər İttifaqı söz azadlığına tərəfdardır. Yeri gəlmişkən, Amerika Konstitusiyasına ilk düzəlişdə deyilir ki, söz azadlığı müqəddəsdir. Lakin elə bu qanunvericilik normasını ilk pozan da elə amerikalıların özü oldu. Rusiya qanunvericiliyində qəbul olunan isə buna cavab idi. Bu cavab Qərb ölkələrinin kütləvi informasiya vasitələrini bizim media orqanlarının ABŞ-dakı hüquqi vəziyyəti ilə bərabər vəziyyətə gətirəcək.

"Kütləvi İnformasiya Vasitələri haqqında" Rusiya Federasiyası qanununun 55-ci maddəsində belə bir hissə var ki, hansısa ölkədə rusiyalı jurnalistlərin fəaliyyətinə maneçilik törədilərsə, cavab addımı olaraq həmin ölkənin jurnalistlərinin də fəaliyyətinə imkan verilməyəcək. Bu nəzərəçarpan cavabdır, amma balanslaşdırılmış və düzgündür, söz azadlığını da pozmur.

Xəbər lenti
0