Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ürəyindən vurulan gənc öldü

CC0 / charlemagne / knifeÜrək nahiyəsinə bıçaqla zərbə, arxiv şəkli
Ürək nahiyəsinə bıçaqla zərbə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.

BAKI, 27 noyabr — Sputnik. Bakıda 21 yaşlı Xəyal Məmmədov bıçaqla ürəyindən aldığı xəsarətdən sonra dünyasını dəyişib.

Sputnik Azərbaycan BAKU.WS-ə istinadla xəbər verir ki, X.Məmmədov barmen işləyib. Noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.

Xəbər lenti
0