BAKI, 27 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Misirdə 305 insanın ölümünə səbəb olan terror aktı ilə bağlı Türkiyədə bir günlük matəm elan edilib. Sputnik Azərbaycan bu barədə NTV-yə istinadən xəbər verir.
Baş nazirlikdən verilən məlumata görə, bu gün verilən qərara əsasən, günəşin batmasına qədər bütün yerli və xarici nümayəndəliklərdə bayraqlar endiriləcək.
Xatırladaq ki, noyabrın 24-də Misirin Sina yarımadasının əl-Ravda kəndində terrorçular cümə namazı vaxtı məscidi partladıblar. Daha sonra bir neçə silahlı şəxs kütlənin arasına girərək insanlara atəş açıb.
Hadisə nəticəsində 305 nəfər həlak olub, 150-dən çox insan yaralanıb.