CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış qurum yeni adla fəaliyyət göstərəcək

© AFP 2024 / Anthony WallaceMühafizəçi, arxiv şəkli
Mühafizəçi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qurum 2018-ci ilin yanvar ayından fəaliyyətini başqa adla " Alov" Mühafizə Xidməti adı ilə davam edəcək

BAKI, 27 noyabr — Sputnik. Bir müddət əvvəl lisenziyası ləğv edilərək bağlanıldığı iddia edilən "Riyad" Mühafizə Xidmətinin adı dəyişdirilib. Bu barədə Sputnik Azərbaycan-a xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fuad Mədətov məlumat verib. O bildirib ki, qurum 2018-ci ilin yanvar ayından fəaliyyətini başqa adla " Alov" Mühafizə Xidməti adı ilə davam edəcək

"Bu ilin sonuna qədər "Riyad" Mühafizə Xidməti öz adı ilə fəaliyyət göstərəcək. 2018-ci ilin yanvar ayından isə yeni lisenziya alınacaq və qurumun adı "Alov" Mühafizə Xidməti olacaq. Adının dəyişdirilməsinə baxmayaraq, "Alov" Mühafizə Xidməti "Riyad" Mühafizə Xidmətinin bazasında yaradıldığı üçün əvvəlki adla bağlı baş verən bütün proseslərə cavabdeh olacaq"-deyən Mədətov qeyd edib ki, "Riyad Təhlükəsizlik Xidməti" 2004-cü il yanvarın 3-də Ədliyyə Nazirliyində təhlükəsizlik şirkəti kimi qeydiyyatdan keçib və hazırda da həmin adla xidmət edir.

Xəbər lenti
0