Ordu ilə hökumət razılığa gəldi

© REUTERS / Caren FirouzPakistanda etirazlar
Pakistanda etirazlar - Sputnik Azərbaycan
Abunə olmaq
Polis nümayişçilәrә müdaxilә etmәyәcәk

BAKI, 27 noyabr — Sputnik. Pakistanda etirazların müzakirə yolu ilə sonlanması üçün hökumət və ordu arasında razılıq əldə olunub.

Sputnik Azərbaycan TRT-yə istinadən xəbər verir ki, baş nazir Şahis Xaqan Abbasi vә Quru qoşunları komandiri Kamar Cavid Bajva keçirdiklәri görüşdә etirazların müzakirә yolu ilә sona çatdırılması mәsәlәsindә razılıq әldә ediblәr. Toplantıda Pәncab әyalәtinin baş naziri Şahbaz Şәrif, daxili işlәr naziri İhsan İkbal, Pakistan kәşfiyyat tәşkilatının rәhbәri Rızvan Aktar vә digәr rәsmi şәxslәrin iştirak etdiyi  bildirilib.

Mәlumata görә, polis nümayişçilәrә müdaxilә etmәyәcәk.

Görüşdə ordunun ictimai asayişinin təmin olunması məsələsində polisə yardım etmәsi ilә әlaqәdar hökumətin tələbi də gündəmə gəlib.

Qeyd edәk ki, görüşlә bağlı rәsmi açıqlama verilmәyib.

Xəbər lenti
0