BAKI, 27 noyabr — Sputnik. "Qara cümə"-də 200 mindən artıq silah satılıb. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, bütün dünyanın alış-veriş çılğınlığına səbəb olan "Black Friday" da ABŞ-da 200 mindən çox alıcıya silah satılıb. ABŞ Federal Araşdırma Bürosunun məlumatına görə, 1998-ci ildən bu günə qədər ən çox silah satışı bu "Qara cümə"də olub. Məlumata görə, online silah alıb satan insanlar üçün 203 086 tərcümeyi-hal tələb edilib.
Məlumata görə, 2015-ci ildə bu rəqəm 185345, 2016-da 185 713 olub. Onu da qeyd edək ki, silah alan insanlar birdən çox silah ala bildikləri üçün satılan silahların 203 086-dan çox olduğu düşünülür.