BAKI, 27 noyabr — Sputnik. Milçəklər göründüklərindən də qorxuludur. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, alimlər sübut edib ki, milçəklər insan həyatı üçün təhlükəli olan bakteriya daşıyıcısıdır. Pensilvaniya Universitetinin alimləri Cənubi və Şimali Amerika və Asiyada tutduqları 116 ət və otaq milçəkləri apardıqları araşdırmalar zamanı müəyyən edib ki, bakteriyaların çox hissəsi milçəklərin pəncələrində və qanadlarında olur.
Araşdırma zamanı otaq milçəklərinin daha təhlükəli olduğu müəyyən edilib. Belə ki, onlar 351, ət milçəkləri isə 316 müxtəlif bakteriya daşıyır.
Bununla da aydın olub ki, milçəklər əvvəllər olduğundan daha təhlükəlidir. Bundan əlavə alimlər müəyyən edib ki, milçəklər heliobakter pylori bakteriyasının yayılmasına səbəb olur ki, bu bakteriya mədə və onikibarmaq bağırsaq xorası, qastrit hətta mədə xərçəngi yaradır.