Mübariz Əhmədoğlu: “Səudiyyə Ərəbistanının bu məsələyə Türkiyəni cəlb etməsi mümkün deyil”
Səudiyyənin de-fakto rəhbəri Məhəmməd bin Salman İranın ali dini rəhbəri ayətullah Əli Xameneyini “Yaxın Şərqin Hitleri” adlandırıb.
Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, İran və Səudiyyə Ərəbistanı arasında başa verənləri gərginliyin yeni fazaya keçməsi kimi dəyərləndirmək olar:
“İran və Səudiyyə Ərəbistanı ənənəvi rəqibdirlər. Bu ölkələr arasındakı münasibətlər indiki qədər təhlükəli həddə çatmamışdı. İran və Səudiyyə Ərəbistanı arasında toqquşma olacaq”.