BAKI, 27 noyabr — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda "Texnologiya Asılılığı" adlı tədbirdə çıxış edib. O, texnoloji inkişafdan yana olduqlarını, ancaq insanların texnologiyadan asılılığına qarşı çıxdıqlarını söyləyib. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.
"Əslində texnologiya həyatımızı asanlaşdırmaq üçündür. Ancaq təəssüf ki, getdikcə faydasızlaşır və həyatımızı əlimizdən alır. Yanlış anlaşılmasın, problem texnologiyada deyil. İnsanın özündədir. Məkkədə və Mədinədə belə insanlar, ibadətlə məşğul olmaq əvəzinə telefonda vaxt keçirirlər" — Ərdoğan qeyd edib.
Prezident sonda əlavə edib ki, əsas olan texnologiyanı necə anladığınız və onun həyatınızın harasında olmasıdır: "Biz texnofobiyası olan, yəni texniki inkişafdan qorxan insanlar deyilik. Biz elmi inkişafların hansı məqsədlə istifadə edildiyinə baxarıq".