BAKI, 27 noyabr — Sputnik. ABŞ-ın Las-Veqas şəhərində keçirilən "Kainat gözəli 2017" müsabiqəsinin qalibi bəlli olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu Cənubi Afrika Respublikasından olan model Demi-Li-Pitersdir.
Xanım Piters dünyanın ən nüfuzlu tacına fərqli ölkələri təmsil edən 91 gözəl arasında layiq görülüb. İkinci yeri Kolumbiyadan olan Laura Qonzales, üçüncü yeri isə Yamaykalı Davina Bennet tutub.
Xatırladaq ki, Cənubi Afrika bu mükafata sonuncu dəfə 1978-ci ildə layiq görülmüşdü.