Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Qara bazar"da və "Blomberq"də dolların son durumu

CC0 / JESHOOTS / dollarДоллары, фото из архива
Доллары, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Mərkəzi Bankın bu günə elan etdiyi rəsmi məzənnə isə 1.7001 manat olaraq qalıb

BAKI, 27 noyabr — Sputnik. Banklararası ticarətdə dollar yenidən 1.70 manatı keçib. "Bloomberg" terminalında ötən gün dollar sonuncu dəfə 1.6988 manatla ticarət edilirdisə, bu gün hərrac 1.7008 manat məzənnəsi ilə başlayıb və 1.7022 manata qədər yüksəlib. Başqa sözlə, dollar manat qarşısında 0,19% bahalaşıb.

ABŞ Federal Ehtiyat Sisteminin yerləşdiyi bina - Sputnik Azərbaycan
Dolların bahalaşacağı gün bəlli oldu

Mərkəzi Bankın bu günə elan etdiyi rəsmi məzənnə isə 1.7001 manat olaraq qalıb.

Bu gün "qara bazar"da isə dolların məzənnəsi dəyişməyib. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6950 manat, satışı isə 1.7000 manat olaraq qalıb.

Avropa valyutası yenidən bahalaşıb. Belə ki, avronun alışı 1.98 manatdan 2.00 manata, satışı isə 2.00 manatdan 2.20 manat yüksəlib.

"Qara bazar"da avro ilə yanaşı, Rusiya rublu da bahalaşıb. Belə ki, rublun alışı 2.80 qəpikdən 2.85 qəpiyə, satışı isə 2.81 qəpikdən 2.88 qəpiyə bahalaşıb. Başqa sözlə, rublun alqı-satqısı 1,7 —2,4 % artıb.

Xəbər lenti
0