60 ildir Kamal babaya ömür-gün yoldaşı olan, 7 övlad dünyaya gətirən Sərfinaz nənə isə deyir ki, keçmişdə ailə bağları daha mökəm olub: "Ailə üzvlərimizin sayının çox olmasına baxmayaraq, bizim zamanımızda ər-arvad arasında mübahisə baş verməzdi. Evdə həmişə kişinin söz keçərdi".
İndi də bu ailədə hörmət, qayğı, sevgi həm ailə böyükləri, həm digər ailə üzvlərini bir-birinə bağlayan əsas amildir.