BAKI, 27 noyabr — Sputnik. Türkiyənin paytaxtı Ankarada polis PKK terror təşkilatına qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, əməliyyat zamanı 17 nəfər şübhəli şəxs saxlanılıb.
Şübhəlilər arasında tanınmış bir şəxs də var — akademik Fikrət Başkaya. Onun terror təşkilatına dəstək verməsi faktının üzə çıxması ölkə ictimaiyyəti və hüquq-mühafizə orqanlarının təəccübünə səbəb olub.
Polisin terrorla mübarizə üzrə şöbəsinə gətirilən şübhəlilər, PKK-nın siyasi təbliğatını aparmaqda təqsirləndirilir. Terror təşkilatının üzvlərinə qarşı əməliyyatlar davam etdirilir.