Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İranda zəlzələ qurbanlarının sayı dəhşətli rəqəmə yaxınlaşır

© AFP 2023 / ATTA KENAREİranda baş vermiş zəlzələnin fəsadları, 15 noyabr 2017-ci il
İranda baş vermiş zəlzələnin fəsadları, 15 noyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib

BAKI, 26 noyabr — Sputnik. Noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ nəticəsində İranda ölənlərin sayı 483 nəfərə çatıb, 12 min nəfərdən çox insan xəsarət alıb.

APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, ölənlərin 237-i kişi, 246-ı qadındır.

Bundan əvvəl zəlzələ nəticəsində 445-ə qədər insanın öldüyü, 7 mindən çox insanın xəsarət aldığı açıqlanmışdı.

Qeyd edək ki, noyabrın 12-də İraq-İran sərhədində baş vermiş 7,2 maqnitudalı zəlzələ Azərbaycan, Türkiyə də daxil olmaqla, bölgədə yerləşən ölkələrdə hiss edilib. 

Xəbər lenti
0