Qarşısı alınmasa bu problem bəşəriyyətin axırına çıxacaq

CC0 / jxq / manSkamyada oturan yaşlı adam, arxiv şəkli
Skamyada oturan yaşlı adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Biznesmen daha öncə bəşəriyyəti gözləyən problemlər arasında süni intellektin inkişafını göstərmişdi

BAKI, 26 noyabr — Sputnik. SpaceX və Tesla şirkətlərinin qurucusu, iş adamı İlon Mask bəşəriyyətin fəlakət qarşısında olduğunu bildirib.

"Dünyada insan artımı getdikcə sürətlənir. Bu gələcəkdə böyük bir fəlakətə və qarşısıalınmaz vəziyyətə səbəb olacaq. Lakin hazırda bu çox az adamı narahat edir və ən təəssüfedici də budur" – deyə o “New Scientist” jurnalına müsahibəsində bildirib.

Jurnal isə öz növbəsində planetin ən qlobal problemləri kimi sürətli qocalmanı və qida məhsullarına çıxışın məhdudlaşmasını göstərib.

İlon Mask bu problemin həlli üçün maliyyə yardımı ayırmağa hazır olub.

Biznesmen daha öncə bəşəriyyəti gözləyən problemlər arasında süni intellektin inkişafını göstərmişdi.

Xəbər lenti
0