CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aydın Quliyev: "Hər əsən küləkdən qorxmağa dəyməz"

© Sputnik / Murad OrujovКорабли в Каспийском море, фото из архива
Корабли в Каспийском море, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gəminin göyərtəsində özümüzü Azərbaycanda olduğu kimi hiss ediriksə, niyə darıxaq?!

BAKI, 26 noyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda üzən gəmilərinin fəaliyyət coğrafiyası kifayət qədər genişdir.

İndi dor ağacında Azərbaycan bayrağı dalğalanan 11 gəmimiz (10 quru yük gəmisi və 1 tanker) Aralıq, Qara dənizlərdə yerləşən onlarla limana yan alır. Həmin gəmilər vacib beynəlxalq su nəqliyyat arteriyaları ilə müxtəlif yüklər daşıyır. Bu isə sözsüz ki, ölkəmizə xarici valyutanın gətirilməsində, Gəmiçiliyin inkişafında mühüm əhəmiyyət kəsb edir.

© © Foto "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən təqdim olunubAydın Quliyev
Aydın Quliyev - Sputnik Azərbaycan
Aydın Quliyev

Təbii bu işi ustalıqla həyata keçirən insanlar da var. Onlardan biri uzaq səfərlər kapitanı Aydın Quliyevdir. O, 1977-ci ildən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışır. Karyerasına matrosluqdan başlayıb. 2003-cü ildən uzaq səfərlər kapitanıdır. Gəmiçiliyə məxsus bir çox gəmidə çalışıb. Hazırda Qara dənizdə istismar olunan "Üzeyir Hacıbəyli" gəmisinin kapitanıdır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin dəstəyi ilə Sputnik Azərbaycan kapitandan müsahibə alıb.

– Siz çox vaxt vətəndən uzaqlarda olursunuz. Sizin üçün çətin deyilmi? Vətən üçün darıxmırsınız?

— Artıq bu həyata öyrəşmişəm. Gəmi isə bizim ikinci evimizdir. Asudə vaxtlarımızda milli filmlərimizə baxırıq, milli musiqilər dinləyirik. Burda yediyimiz yeməklər belə öz mətbəximizə aiddir. Gəminin göyərtəsində özümüzü Azərbaycanda olduğu kimi hiss ediriksə, niyə darıxaq?!

© © Foto "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən təqdim olunubKapitan Aydın Quliyev karyerasına matrosluqdan başlayıb
Kapitan Aydın Quliyev karyerasına matrosluqdan başlayıb - Sputnik Azərbaycan
Kapitan Aydın Quliyev karyerasına matrosluqdan başlayıb

- Fırtınalar dənizçilərin kabusudur. Siz bu kabus ilə tez-tez rastlaşırsınız?

— Elə vətənə geri dönəndə fırtınaya düşmüşdük. Fırtınaya görə Türkiyənin ərazi sularında lövbərdə dayanmalı olduq. 6.8 bal gücündə külək əsirdi. Ciddi narahatlığımız olmadı. Çünki, yükü gəmiyə düzgün yığmışdıq. Fırtınada əsas məsələ budur. Yük anbara düzgün yığılmayanda təhlükə riski artır. Küləyə də düşürük, gəmilərlə təhlükəli yerlərdən də keçirik. Heyətimizin peşəkarlığı və cəsarəti sayəsində istənilən vəziyyətdən çıxırıq.

– Aydın müəllim, bir az da səfəriniz barədə məlumat verin. İndi hardan gəlirsiniz və sonrakı planınız nədir?

— Ukraynanın İzmail limanından Közcə limanına gedirik. Hazırda su, yanacaq və ərzaq ehtiyatı üçün dayanmışıq. Yükümüz isə buğdadır. Ümumiyyətlə, gəmimiz Aralıq dənizi hövzəsində üzür. Bura Aralıq, Qara və Egey dənizləri daxildir. Gəmimiz təzədir. Bu yaxınlarda istismara verilib. Heç bir problemimiz yoxdur. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC burada bizim üçün hər cür şərait yaradıb.

© Photo : © Foto "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC tərəfindən təqdim olunub“Üzeyir Hacıbəyli” gəmisi
“Üzeyir Hacıbəyli” gəmisi - Sputnik Azərbaycan
“Üzeyir Hacıbəyli” gəmisi

– Boğazlardan keçmək prosesini izah edə bilərsinizmi?

Gəmimiz müasir naviqasiya avadanlıqları ilə tam təchiz olunub. Boğazlardan onların köməyi ilə keçirik. Bələdçidən mümkün qədər az istifadə edirik. Amma Kerç boğazından keçəndə bizə bələdçi lazım olur. Çünki, burada yeni körpü tikilib. Bosfor və Dardanel boğazlarından keçəndə maksimum ehtiyatlı oluruq. Axıntıların olma ehtimalı burada çox yüksəkdir. Gəmilərin intensiv hərəkəti də keçidi çətinləşdirən amillərdəndir. Əsas şərt qabaqdan və arxada gələn gəmilərlə təhlükəsiz məsafədə üzməkdir.

Xəbər lenti
0