Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Mollazadə: “Hamı maraqlıdır ki, Azərbaycanda elmin səviyyəsi yüksək olsun”

© Photo : APAAsim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
Asim Mollazadə - Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı - Sputnik Azərbaycan
Abunə olmaq
Millət Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyir ki, dəyişikliklər birbaşa olaraq elmi işçilərlə bağlıdır

Asim Mollazadə: “Çox gözəl olardı ki, elmi araşdırma mərkəzləri öz işlərini gücləndirə bilsinlər”
“Elm sahəsində çalışan şəxslərlə bağlı qanun dəyişikliklər birbaşa olaraq elmi işçilərlə bağlıdır”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Millət Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə deyib.

“Elmin, təhsilin inkişafı ölkənin strateji yoludur. Hamı maraqlıdır ki, Azərbaycanda elmin səviyyəsi yüksək olsun və bunun təminatı da təbii olaraq təhsillə bağlıdır. Çox gözəl olardı ki, elm ilə təhsilin vəhdəti yaradılsın, müvafiq elmi araşdırma mərkəzləri də öz işlərini gücləndirə bilsinlər” – deyə o bildirib.

Qeyd edək ki, Azərbaycanda elm sahəsində çalışan şəxslərlə bağlı qanun dəyişikliyi təklif olunub. Əmək Məcəlləsinin 65-ci (İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri) maddəsinə ediləcək dəyişikliyə əsasən, elmi işçilər 5 (beş) ildə bir dəfədən çox olmayaraq, attestasiyadan keçməlidirlər.

Xəbər lenti
0