BAKI, 26 noyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”nin qalibi məlum olub.
Sputnik Azərbaycan-ın məlumatına əsasən, Rusiyanı müsabiqədə təmsil edən 14 yaşlı Polina Boquseviç “Wings” mahnısı ilə 188 səslə birinci yeri tutub.
Tbilisi Olimpiya Sarayında keçirilən yarışmada 16 ölkə təmsil olunub. İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb.