Abbasqulu Səfərov "Sən supersən! Rəqslər" müsabiqəsinin yarımfinal mərhələsinə çıxa bilməyib. O, gözləmə otağına, hər dörd münsifdən bəyənmə qazanıb keçsə də, sonradan ustadlardan heç biri onu komandasına seçməyib və Abbasqulunun layihədə iştirakı bununla bitib.
Gənc rəqqasın dediyinə görə, bu müsabiqə dövründə keçdiyi yol ona çox şey qazandırıb: "Mən rus dilini yaxşı bilməsəm də, burada özümə xeyli dost qazana bilmişəm. Təəssüf ki, onlardan ayrılmalıyam. Bu müsabiqə mənə səbrli olmağı öyrətdi. Dəstəyə görə hamıya təşəkkür edirəm. Bir azdan Bakıda olacağıq".
Azərbaycanı bu layihədə, həmçinin yarımfinal mərhələsinə keçmiş İlkin Hüseynov və Sevinc Behbudova cütlüyü təmsil edir.